Çeçenistandakı helikopter qəzasında ölənlərin sayı 6-ya çatıb (YENİLƏNİB)

Çeçenistandakı helikopter qəzasında ölənlərin sayı 6-ya çatıb (YENİLƏNİB)
Çeçenistanda "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində azı altı nəfər ölüb.

Ann.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hadisə baş verən Şatoy kəndində yaradılan qərargahdan bildiriblər.

"İlkin məlumatlara görə, qəza nəticəsində altı nəfər ölüb, bir nəfər də ağır yaralıdır. Helikopterin göyərtəsində, ümumilikdə, yeddi nəfər olub", - qərargahdan deyilib.

Respublikanın rəhbəri Ramzan Kadırov bildirib ki, helikopter Sərhəd Qoşunlarına məxsus olub və əlverişsiz hava şəraiti ilə əlaqədar dağlarda dar dərəyə düşüb: "Gələn məlumatlara görə, ölən və yaralananlar var. Onların sayı müəyyənləşdirilir".
 
***14.57
 
Çeçenistanda "Mi-8" helikopteri qəzaya uğrayıb.

Ann.az TASS-a istinadən xəbər verir ki, helikopterin göyərtəsində 9 nəfər olub, azı 5 nəfər ölüb.

Hazırda məlumatlar dəqiqləşdirilir. Helikopterin sərhəd xidmətinə aid olduğu güman edilir.


www.ann.az

Xəbər lenti