EBRD Azərbaycanda yol infrastrukturunun yenilənməsinə maliyyə ayıracaq - FOTO

EBRD Azərbaycanda yol infrastrukturunun yenilənməsinə maliyyə ayıracaq - FOTO
Avropa Yenidənqurma və Inkişaf Bankı gələn il Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına dəstək olacaq.

Bu sözləri Ann.az-a açıqlamasında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz üzrə direktoru Fransis Malij bildirib.

"Gələn il EBRD Azərbaycanda çox böyük layihələr həyata keçirməyi nəzərdən keçirir. EBRD Gəncədən Gürcüstan sərhədindəki "Qırmızı körpü"yədək olan avtomobil yolunun yenilənməsinə maliyyə ayırmağı düşünür. Həmçinin Azərbaycanda ikinci dərəcəli yol şəbəkəsinin yaxşılaşdırılmasına investisiya yatırmağı davam edəcəyik. EBRD gələn il də Azərbaycanda iqtisadiyyatın difersifikasiyası istiqamətində yerli kiçik və orta həcmli  şirkətlər və banklarla işini davam etdirəcək.  Gələn icra ediləcək həmin yol infrastrukturu layihələrinin ümumi budcəşi 300-500 milyon dollar arası dəyişir" -F.Malij bildirib.



www.ann.az

Xəbər lenti