E-Kitab: Con MakArtur. Əbədi harmoniya (pritça)

17 May 2017, 15:53
17 May
2017
15:53
1795
Qədimlərdə bir müdrik qəbilə başçısı vardı. Taxt-tacın gücə söykəndiyi bu dövrdə qüdrətli başçısı olan bu qəbilə adla tanınırdı. Söz açdığımız başçı öz qəbiləsinin güvənli, rahat yaşaması üçün ədalətli qanunlar qəbul edirdi və onların icrasına daim göz qoyurdu. O, bu qanunpərəstliyinə görə hər yanda məşhurlaşmışdı. Lakin qanunlar ara-sıra pozulurdu.
"Bilirsiz, qanunlar sizin dinc və arxayın yaşamağınız üçündür,-" deyə sözə başladı. Oğurluq onu çox pəjmürdə eləmiş, üz-gözünə ağır bir kədər çökmüşdü:”Axı bizim nəyimiz çatışmır, niyə oğurluq eləməliyik? Bu gündən oğurluq edənin cəzasını on şallaqdan iyirmiyə qaldırıram”.
Bir gün yenə oğurlqla bağlı xəbər yayıldı. Başçı qəbiləni bir yerə yığdı:"Rica edirəm, məni eşidin,- deyə üzünü qəbilə üzvlərinə tutdu,-oğurluğun kökü kəsilməlidir! Bu, aramızda xof yaradır, ömür-günümüzü zəhərləyir. Cəza otuz şallağa qaldırılır”.
Bir az keçməmiş başçı qəbiləni məcbur olub, bir də topladı. Çünki yenə də oğurluq baş vermişdi. "Oğurluğun axırı yoxdur, bundan əl çəkin,-başçı dedi,- bu gündən cəza qırx şallaqdır”. Qəbilə üzvləri başçının onlara bəslədiyi dərin sevgidən çox yaxşı xəbərdar idilər, hətta cəzanı hər qaldıranda onun gözündən yaş axdığını da görmüşdülər...
Nəhayət, bir gün xəbər gəldi ki, oğru tutulub. Hamı onu görməyə can atırdı. İki gözətçinin gətirdiyi oğru üzə çıxanda adamlar içini çəkdi. Qəbilə başçısının isə sarsıntıdan sifəti səyridi.
Oğru başçının ağbirçək anası idi.
Qəbilə üzvləri arasında pıçıltı başladı:"Görən, başçı nə eləyəcək?” Ana, yoxsa qanun? Hansı üstün gələcək?” Hamının gözü başçıda idi.
Axırı ki, o dilə gəldi:" Qulağınız məndə olsun,-onun səsi titrəsə də, boğula-boğula sözünə davam etdi,- bizim əmin-amanlığımız və qanunun aliliyi naminə oğruya qırx şallaq vurulmalıdır. Çünki bu cinayətin qəlbimizə vurduğu yara çox dərindir”.
Başçı işarə verdi və onun anasını meydanın ortasına çəkdilər. Gözətçilərdən biri qarının köynəyini ehmalca çıxardı və onun sümüklü, donqar kürəyi açıq qaldı. Bir nəfər qabağa çıxdı və qamçının dolağını açmağa başladı.
Həmin anda başçı da irəli gəldi, əbasını soyundu, onun enli, möhkəm kürəyi göründü. O, doğma anasını yavaşca bağrına basdı, özünü ona sipər etdi və astaca nəsə pıçıldadı. Onların göz yaşları bir-birinə qarışdı. Başçının işarəsi ilə qamçı enib-qalxmağa başladı. Bu anda məhəbbət və ədalət əbədi harmoniyada qovuşmuşdu.
Tərcümə etdi: İlknur Yurdanur

İlknur Yurdanur (Əzizxanlı) türk və ingilis dilindən etdiyi tərcümələrlə "Ədalət” qəzetində, "Ulduz”, "Söz” jurnallarında çıxış etmişdir. Onun Rasim Özdənörəndən çevirdiyi "Yolçunun dünyası”, "Yol düşüncələri” adlı esseler türkiyəli yazarın Bakıda 2006-cı ildə nəşr edilən "Kirli şüşələr” kitabına daxil edilmişdir. Gənc tərcüməçinin ingilis dilindən çevirdiyi kiçik bir ibrətamiz hekayəni təqdim edirik.
www.ann.az
Xəbər lenti
-
21:03"Qarabağ" ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu
-
19:30Aİ Ermənistandan müxalifətçiləri azadlığa buraxmağı tələb etdi
-
19:12Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olundu
-
14:19Sabaha olan hava proqnozu açıqlanıb
-
13:42Yeni təyin olunan gənc nazirlər qrup yoldaşı imiş
-
13:18"Beşiktaş" Bakıya gəlir
-
12:16Nikol Paşinyan saxlanıldı, toqquşmalar başladı
-
11:46Bakıda vulkan püskürdü
-
11:33Ermənistanın baş naziri istefa şərtlərini açıqlayıb
-
11:30MN: Ermənistan etirazlardan ictimaiyyəti yayındırmaq üçün yalan məlumatlar yayır
-
18:306 nazir, 6 komitə sədri və 2 xidmət rəisinin yeri boşdur - SİYAHI
-
18:16Baş nazirin daha iki müavini vəzifəsini itirdi
-
18:12Yeni nazir Sahil Babayev kimdir? - DOSYE
-
17:49İlham Əliyev 2 naziri və 2 komitə sədrini işdən çıxartdı - TƏYİNATLAR
-
17:39Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi (SİYAHI)
-
16:51Kriptovalyuta saytları bağlanır
-
16:16Bakıda BMW alışdı, yanğınsöndürənlər başqa yeri suladı (VİDEO)
-
15:58Baş nazirə yeni müavin təyin olundu
-
15:30Prezident Baş nazirlə bağlı sərəncam imzaladı
-
15:04Yeni istifadəyə verilən 3 yol dağıldı
-
14:45İran yenidən nüvə fəaliyyətinə başlaya bilər
-
14:44Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)
-
14:13"Baş nazir təyinatı Prezidentin müdrik addımıdır" - Rəşad Məcid
-
13:10Millət vəkilinə ağır itki üz verib
-
12:59Ölkədə müşahidə olunan faktiki hava
-
12:39Yeni baş nazirdən ilk açıqlama (VİDEO)
-
12:28Milli Məclis yeni Baş nazirin təyinatına razılıq verdi
-
11:54Hacıbala Abutalıbovun istefa xəbərinə reaksiya: "Elə şey olar?"
-
11:37Azərbaycanın yeni baş naziri açıqlandı
-
11:08Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru dünyasını dəyişib
-
10:56Azərbaycanda daha iki alpinist itkin düşdü (FOTOLAR)
-
10:20İlham Əliyev Artur Rasi-zadəyə xidmətlərinə görə təşəkkür etdi
-
19:16Azərbaycanda daha bir dövlət agentliyi yaradılıb
-
19:11Azərbaycanda dövlət qurumu ləğv olundu
-
18:23Nazirlik bələdiyyə sədrini 4000 manat cərimələdi
-
17:50Bakıda metronun deposundan əl qumbarası tapıldı (FOTOLAR)
-
16:47İlham Əliyev yeni qatarlara baxdı (FOTOLAR)
-
16:07Sabah Azərbaycanın yeni baş naziri seçiləcək
-
15:43“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı
-
15:19“KİV haqqında” qanuna dəyişiklik edilir
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
Digər xəbərlər
-
E-kitab
E-Kitab: Con MakArtur. Əbədi harmoniya (pritça)
-
Mədəniyyət, E-kitab
E-kitab: Tatyana TOLSTAYA - "Kvadrat" (HEKAYƏ)
-
E-kitab
E-kitab: Cəlal Ale-Əhməd - “Amerikalı ər”
-
E-kitab
E-kitab: Yusif Vəzir Çəmənzəminli - “Mariya”
-
E-kitab
E-kitab: Mirmehdi Ağaoğlu - Elan
-
E-kitab
E-kitab: Azad Qaradərəli - "Soyxa"
-
E-kitab
E-kitab: Anton Pavloviç Çexov - "Mərc"
-
E-kitab
E-kitab: Elçin - “Qəbiristanlıqda məhəbbət əhvalatı”
-
E-kitab
E-kitab: Salam Qədirzadə - “Bığ”