Dövlət Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir

Dövlət Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir
Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.

ANN.Az xəbər verir ki, bu barədə "Report"a xalq artisti özü məlumat verib.

O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Xəstəxananın adını hələ bilmirəm. Müalicəm vaxtı Bakıdakı demək olar ki, bütün xəstəxanaları gəzmişəm, hara göndərdilər ora da gedirdim".

 

www.ann.az

Xəbər lenti