Dörd seçki məntəqəsinin nəticələri ləğv edildi

Dörd seçki məntəqəsinin nəticələri ləğv edildi
Aprelin 11-də keçirilən prezident seçkilərində 4 seçki məntəqəsinin nəticələri ləğv edilib.

Ann.az xəbər verir ki, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə yekun vurulması ilə bağlı iclasında qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov bildirib ki, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsi, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqəsi, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub. Onun sözlərinə görə, bu məntəqələrdə pozuntu halları aşkarlanıb.

57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.

www.ann.az

Xəbər lenti