Dünyanın ən qısqanc qadını

Dünyanın ən qısqanc qadını

Qadın nişanlısına jurnal oxumağ və televizora baxmağa icazə vermir İngiltərədə yaşayan Debbi Vud, nişanlısı Stivə qoyduğu qadağalara görə “Dünyanın ən qısqanc qadını” adını alıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 42 yaşlı Debbi, özündən 12 yaş kiçik nişanlısı Stiv küçədən evə gələndə Debbi onu yalan detektorunda yoxlayır.Nişanlısına televizora baxmağı və jurnal belə oxumağı qadağan edən Debbi, bu hərəkətinə “Onun televizorda gördüyü qadınlara maraq göstərməsindən qorxuram”,- deyə haqq qazandırır. Nişanlısınln soyadını götürən Debbi tez bir zamanda evlənmək istəyir.Psixoloqlar qadına “Otello sindromu” diaqnozu qoyublar. Stiv Vud isə “Həyat bəzən Debbi ilə çətin olur. Amma, o hər şeyə dəyər. Biz ruh yoldaşıyıq”, - deyə bildirib.ANS PRESS

Xəbər lenti