Dima Bilan Bakıda çıxış edərkən hovuza düşdü (VİDEO)

Dima Bilan Bakıda çıxış edərkən hovuza düşdü (VİDEO)
Bakıda keçirilən "Jara-2017” Beynəlxalq Musiqi Festivalının 3-cü günündə Dima Bilan tamaşaçıları təəccübləndirib.

Ann.az virtualaz.org-a istinadən xəbər verir ki, Alla Puqaçovanın məşhur "Ne otrekayutsya lyubya” mahnısını ifa edən müğənni nömrənin sonunda hovuza düşüb. Sosial şəbəkələrdə tamaşaçılar Bilanın çıxışını "Jara-2017”nin ən yaxşı nömrəsi adlandırıblar.

Qeyd edək ki, festivalda 3-cü gün Alla Puqaçovaya həsr olunub. Konsertin birinci hissəsində Rusiya estradasının ulduzları onun mahnılarını ifa ediblər. İkinci hissədə isə Primadonna özü səhnəyə çıxıb.

www.ann.az

Xəbər lenti