Dərman vasitələrinin də qiymətləri təsdiqləndi

Dərman vasitələrinin də qiymətləri təsdiqləndi
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

ANN.Az xəbər verir ki, Tarif Şurasının iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilib. Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10385 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

www.ann.az

Xəbər lenti