Dərbəndin başçısı FTX tərəfindən saxlanıldı

Dərbəndin başçısı FTX tərəfindən saxlanıldı
Rusiyanın Dərbənd rayonunun başçısı Maqomed Cəlilov saxlanılıb. 

Ann.az xəbər verir ki, rayon rəhbərini Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları həbs edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Maqomed Cəlilov FTX-də dindirilib və sərbəst buraxılıb. Dərbənd rəhbəri torpaq sahələrinin satışındakı maxinasiyalarda ittiham olunur. Bundan əvvəl onun qardaşı, Dərbənd Şəhər Şurasının deputatı Zülfəddin Cəlilov da saxlanılıb.


www.ann.az

Xəbər lenti