Dağıstanın başçısı vəzifəsindən istefa verib

Dağıstanın başçısı vəzifəsindən istefa verib
Dağıstanın Respublikasının rəhbəri Ramazan Abdulatipov işdən çıxarılır. 

ANN.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.

Bildirilir ki, Abdulatipov artıq istefa ərizəsini yazıb. O, bu gün Kremlə çağırılıb. RBC kanalının məlumatına görə, bu çağırılıb. Onun vəzifəsindən azad ediləcəyi və hətta xələfinin kimliyi ilə bağlı məsləhətləşmələr aparılacağı deyilir. Abdulatipova yeni vəzifənin təklif edilməsi də mümkündür.

Bu qərar hamı üçün sürpriz olub. Çünki onun ən azı ilin sonunadək vəzifədə qalacağı gözlənilirdi.

www.ann.az

Xəbər lenti