"DÇ-2018": İngiltərə millisi yarımfinalda (FOTO/VİDEO)

Rusiyada keçirilən dünya çempionat davam edir.

Ann.az xəbər verir ki, bu gün mndialda 1/4 final mərhələsinə yekun vurulacaq. 

Günün ilk oyununda mundialın sürpriz komandalarından olan İsveç İngiltərə ilə qarşılaşıb. Dünya çempionatını qazanmağı qarşısına məqsəd qoyan ingilislər növbəti sensasiyaya imkan verməyib. Oyun İngiltərənin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bundan əvvəl Fransa Uruqvayı, Belçika Braziliyanı mübarizdən kənarlaşdıraraq yarımfinala çıxıb. Bu komandalar finala vəsiqə uğrunda qarşılaşacaq. İngiltərə isə yarımfinalda Rusiya - Xorvatiya cütünün qalibi ilə üzləşəcək.
 
DÇ-2018
1/4 final
7 iyul

İsveç - İngiltərə 0:2
Qollar: Harri Maquir, 30. Dele Alli, 58.
İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf, 4. Andreas Qrankvist (k), 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq (5. Martin Olsson, 65), 16. Emil Kraft (18. Pontus Yansson, 85), 17. Viktor Klasson, 20. Ula Toyvonen (11. Yon Qvidetti, 67).
Ehtiyat oyunçular: 12. Karl-Yohan Yonsson, 23. Kristoffer Nordfeldt, 13. Qustav Svensson, 14. Filip Helander, 15. Oskar Hilyemark, 19. Markus Roden, 21. Cimmi Durmaz, 22. İsaak Kise Telin.
Baş məşqçi: Yan Andersson.
İngiltərə: 1. Yordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquir, 7. Yesse Linqard, 8. Cordan Henderson (4. Erik Dayer, 85), 9. Harri Keyn, 10. Rahim Sterlinq (19. Markus Reşford, 90+1), 12. Kiran Trippier, 18. Eşli Yanq, 20. Dele Alli (17. Fabian Delf, 77).
Ehtiyat oyunçular: 13. Cek Butland, 23. Nik Pope, 3. Denni Rouz, 11. Ceymi Vardi, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 21. Ruben Loftus-Çeyk, 22. Trent Aleksandr-Arnold.
Baş məşqçi: Qaret Sautqeyt.
Sarı vərəqələr: Yon Qvidetti, 88. Sebastyan Larsson, 90+4 - Harri Maquir, 87.
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Samara. "Kosmos Arena”.
 



























Xəbər lenti