Cəbhədə ermənilərə məxsus 4 PUA zərərsizləşdirilib - FOTO

Cəbhədə ermənilərə məxsus 4 PUA zərərsizləşdirilib - FOTO
Cari ilin birinci yarısında cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 4 pilotsuz uçuş aparatı Azərbaycan Ordusu tərəfindən məhv edilib.

ANN.Az "AzeriDefence”-ə istinadən məlumat verir ki,  bunlardan ikisi X-55 ("Ptero-5E”) tipli taktik pilotsuz uçuş aparatı (PUA), digər ikisi isə multikopter sinfinə aid PUA olub.

X-55 tipli taktik PUA-lar Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən məhv edilib. Multikopterlər isə xüsusi vasitələrin tətbiqi ilə ələ keçirilib.

X-55 taktik PUA Rusiyanın "AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş "Ptero-5E” modelidir. Adıçəkilən PUA Ermənistan Ordusunun silahlanmasına 2013-cü ildə daxil edilib.

Müşahidələr göstərir ki, son aylar cəbhədə Azərbaycan Ordusunun dronlara qarşı xüsusi vasitələr tətbiq etməsi səbəbindən Ermənistan tərəfi PUA-lardan geniş istifadə edə bilmir.

Qeyd edək ki, 2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib. 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 22 (2015-ci ildə 12 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.
 





www.ann.az

Xəbər lenti