Üçayaqlı uşaq əməliyyat edildi - FOTOLAR

Üçayaqlı uşaq əməliyyat edildi  - FOTOLAR
Banqladeşdə anadan olan üçayaqlı uşaq əməliyyat edilib. İStiPress-in məlumatına görə, Çoyti Xatun adlı uşaq əkizinin bir parçası onurğa sümüyündə inkişaf etdiyi üçün üçayaqlı doğulub. Avstraliyalı alimlər isə onurğa sümüyünü əməliyyat etməyi bir neçə ay planlamışdılar.



Üçayaqlı uşaq


"Children First" xeyriyyə cəmiyyəti uşağı anadan olduğu kənddən Avstraliyaya aparıb. Viktoriya əyalətinin xəstəxanasında keçirilən əməlyyatın cərrahlar komandasının başçısı Kris Kimber deyib: "Çox nadir baş verən bu mutasiyanı əməliyyat etmək çox çətin proses idi".
Əməliyyatdan sonra uşaq özünü yaxşı hiss  edir. Kimber qismən də kor olan uşağın artıq gəzə bildiyini, hətta qaçdığını da qeyd edib.









www.ann.az

Xəbər lenti