Buffondan növbəti rekord

Siyasət 20-03-2017 17:00 Oxunma sayı: 137
Buffondan növbəti rekord
"Juventus"un əfsanəvi qapıçısı Canluici Buffon növbəti rekorda imza atıb.

Bu rekord İtaliya A Seriyasının 29-cu turunda "Sampdoria"ya qarşı oyunda qeydə alınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 39 yaşlı qolkiper "qoca senyora"nın heyətində 39704 dəqiqə meydanda olub. Buffon analoji göstərici ilə klubun digər əfsanəsi Campiero Bonipertini geridə qoyub. Boniperti "Juventus"da 39680 dəqiqə oynamışdı. Buffon 2001-ci ildən Turin klubunun şərəfini qoruyur. O, 16 il ərzində 9 dəfə İtaliya çempionu adını qazanıb.
www.ann.az

Loading...