Bu şəxslərə 722 milyon manata yaxın kompensasiya ödənildi - Azərbaycanda

Siyasət 10-01-2017 11:47 Oxunma sayı: 50
Bu şəxslərə 722 milyon manata yaxın kompensasiya ödənildi - Azərbaycanda
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 721,8 mln. manat ödənilib.

Belə ki, "Parabank” ASC-nin qorunan əmanətçiləri 42,976 mln. manat, "Zaminbank” ASC - 52,462 mln. manat, "Kredobank” ASC - 27,77 mln. manat, "Dekabank” ASC - 3,083 mln. manat, "Atrabank” ASC - 14,271 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, "Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, "Gəncəbank” ASC - 976 min manat, "Texnikabank” ASC - 120,152 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 433,988 mln. manat kompensasiya alıblar. 

www.ann.az

Loading...