Bu ölkədə bloqerlərə sərt cəza kəsilir

Bu ölkədə bloqerlərə sərt cəza kəsilir

“Röyters” agentliyinin yaydığı məlumata əsasən, Vyetnamda qəbul edilmiş qanun sosial şəbəkələrdə hökuməti tənqid edən şəxsə 4800 dollar məbləğində cərimə kəsməyə icazə verir.

Agentliyin nümayəndələri deyiblər ki, Vyetnamın müasir kommunist hökuməti daha sərtdir.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Vyetnam hakimiyyəti ölkədə fəaliyyət göstərən birpartiyalı rejimi tənqid edən bloqerlər üçün artıq dəfələrlə uzunmüddətli həbs şəklində sərt cəzalar tətbiq ediblər. “Röyters” qeyd edib ki, son 4 ildə ölkədə həbs və ittiham hökmlərinin sayı dəfələrə artıb. Yeni fərman kifayət qədər qeyri-müəyyən formulə edilib və cinayət normalarının dəqiq təfsirini vermir, həmçinin inzibati cərimə və həbs cəzasının bölgüsünün dəqiq çərçivələrini müəyyən etmir.Xatırladaq ki, Vyetnamda internetin nüfuzetmə səviyyəsi 30 milyona yaxınlaşır, bu isə əhalinin 1/3-ni təşkil edir, bundan başqa təxminən 20 milyon insan sosial şəbəkələrdə hesaba malikdir.ANN.Az

Xəbər lenti