Bu da dünya çempionatının himni - VİDEO+FOTOLAR

Bu da dünya çempionatının himni - VİDEO+FOTOLAR
Amerikalı ulduzlar Cenifer Lopez və Pitbull "We Are One (Ole Ola)" mahnısına klip çəkdiriblər.ANS PRESS-in məlumatına görə, mahnı bu il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının himni seçilib. Rep ifaçısı bildirib ki, mahnı 2013-cü ilin sonlarında yazılıb, o vaxt "FİFA 2014"ün təşkilatçıları ona üz tutaraq JLO ilə ifa edəcəyi treki yazmağını istəyiblər: "Təklif mənə gələndə uşaq kimi sevinirdim, bu mənim üçün şərəfdən də ötəri bir hissdir, Cenifer ilə yenidən ifa etmək şansı qazandım. Ümüd edirəm ki, "We Are One" futbol pərəstişkarlarını bir araya gətirməklə yanaşı Şakiranın ifa etdiyi "Waka Waka"-nı da üstələyəcək".Cenifer Lopez isə klipin çəkilmə xəbərini sevinərək pərəstişkarlarına çatdırıb. Klipdə olduqca rəngarəng görüntülər yer alıb. Futbol üzrə dünya çempionlatlarından seçmə kadrlar da ekran əsərinə xüsusilik verib.Qeyd edək ki, futbol üzrə dünya çempionatı Braziliyada keçiriləcək, iyun ayının 12 - dən iyul ayının 13-ə qədər davam edəcək.

ANN.Az

Xəbər lenti