Britaniyanın özəl məktəbində oğlanlar yubka geyinəcək

Britaniyanın özəl məktəbində oğlanlar yubka geyinəcək
Böyük Britaniyanın məşhur özəl məktəblərindən biri olan "Highgate School”-un administrasiyası   gender mənsubluğuna görə çətinliklər yaşayan oğlanlara yubka geyinməyə icazə verə bilər.

Ann.az oxu.az-a istindən xəbər verir ki, şagirdlər tərəfindən yaradılan qruplar gender cəhətdən neytral məktəb formasının və əvəzliyinin tətbiq edilməsini tələb edirlər. 

"Əgər onlar (oğlanlar – red.) xoşbəxt olsalar və özlərini cinsəl mənsubluq cəhətdən daha təhlükəsiz hiss etsələr, bu, yaxşı ideya olar”, - deyə məktəbin direktoru Adam Petitt bildirib.

Highgate School administrasiyası yekun qərar vermək üçün şagirdlər və onların valideynlərini arasında sorğu keçirəcək.

www.ann.az

Xəbər lenti