Britaniyada yaşayan soydaşlarımız Ermənistan səfirliyinin binası qarşısında aksiya keçirib - FOTOLAR

Britaniyada yaşayan soydaşlarımız Ermənistan səfirliyinin binası qarşısında aksiya keçirib - FOTOLAR
 Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın həlak olmasına qüssə və qəzəblərini nümayiş etdirən Azərbaycanın Böyük Britaniyadakı diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyinin binası qarşısında etiraz aksiyası təşkil edib.

ANN.Az-ın "Report"a istinadən məlumatına görə, diaspor təşkilatlarının üzvləri, habelə bu ölkədə yaşayan soydaşlarımız tərəfindən Ermənistan səfirliyinin binası önünə körpə Zəhranın faciəvi ölümünün simvolu kimi qana gərq olmuş gəlinciklər düzülüb və bina körpə cəlladlarının şüarlarına boyadılıb.

Qeyd edək ki, etiraz tədbirləri bununla yekunlaşmayacaq. Belə ki, aksiya Britanıya vaxtı ilə saat 12.00-dan etibarən binanın qarşısında nümayiş ilə davam etdiriləcək.
 



www.ann.az

Xəbər lenti