BP-yə yeni regional prezident təyin olundu

Dünya 13-03-2017 13:56 Oxunma sayı: 168
BP-yə yeni regional prezident təyin olundu
BP bu gün Qəri Counzun (Gary Jones) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunduğunu  elan edir.  Qəri  öz yeni vəzifəsinin icrasına  bu il aprel ayının 2-dən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.  
 
Qəri hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.
 
Qəri Counz bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birrelli əvəz edəcək. Qordonun yeni vəzifəsi isə  Londonda BP-nin baş ofisində Baş Əməliyyat Rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.  
 
BP-nin Baş İcraçı Direktoru Bob Dadli: "Qəri qlobal miqyasda təcrübəli bir neftçi və yetkin bir biznes rəhbəridir. BP-nin dünya üzrə quyularını idarə edən bölümünə uzun müddət başçılıq etmiş bir şəxs kimi o, bu yeni vəzifəyə Xəzərdəki əməliyyatlarımızla bağlı öz dərin texniki bilgilərini gətirir. Qəri BP-nin Rumeyla yatağı və Şimal dənizindəki yataqlar kimi bir sıra çox mühüm biznesini idarə etmişdir. BP Azərbaycanda öz 25-illiyini qeyd etdiyi bir vaxtda bizim qəti niyyətimiz bütün maraqlı tərəflərlə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı biznesimizin uğurunu davam etdirməkdir. BP-nin yeni regional prezidenti kimi Qəri  bizim uğurlu tərəfdaşlığımızı BP-nin burada idarə etdiyi bütün layihələrdəki böyük nailiyyətlərin üzərində quraraq davam etdirəcək.
 
Fürsətdən istifadə edərək mən həmçinin Qordona da BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və bu işlərdəki qətiyyətinə görə öz təşəkkürümü bildirmək istəyirəm. Qordon regiondakı biznesimizə dörd ildən artıq rəhbərlik etmiş və hökumət, SOCAR və tərəfdaşlarımızla çox yaxşı əlaqələr və əməkdaşlığa əsaslanan çoxsaylı uğurlar və nailiyyətlər əldə etmişdir.
 
Mən Qəriyə və Qordona yeni vəzifələrində uğurlar diləyirəm.” 

www.ann.az

Loading...