Bolqarıstan prezidenti sabah Azərbaycana rəsmi səfərə gələcək

Bolqarıstan prezidenti sabah Azərbaycana rəsmi səfərə gələcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.

ANN.Az Report-a istinadən xəbər verir ki, səfər oktyabrın 13-14-də baş tutacaq.

R.Radevin Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.

Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü, eləcə də, aktual beynəlxalq problemlərin və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.
 


www.ann.az

Xəbər lenti