BMT-də İran müzakirələri: ara qarışdı (FOTOLAR)

BMT-də İran müzakirələri: ara qarışdı (FOTOLAR)
BMT Təhlükəsizlik Şurası ABŞ-ın tələbi ilə bu ölkədə keçirilən etiraz aksiyalarını müzakirə etmək üçün yığışıb.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli nümayişlərin İran xalqının haqqı olduğunu bildirərək "Dünya İran xalqının cəsarətini alqışlamalı, səsini eşitməlidir" deyib.

Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzia ABŞ-ı İrandakı prosesləri bəhanələrlə müzakirəyə çıxarmaqda və bu ölkənin daxili işlərinə müdaxilədə ittiham edib. Nebenzia bildirib ki, ABŞ nümayişlərdən istifadə edərək İranla əldə olunmuş nüvə razılaşması məsələsini gündəmə gətirmək istəyir.

Hadisələrə münasibət bildirən Fransanın daimi təmsilçisi François Delatrre İran xalqının azadlığı və hüquqlarının müdafiəsi çərçivəsində hadisələrin sülh yolu ilə həllini istədiklərini qeyd edib.

İranın BMT nümayəndəsi Qulaməli Xosrov isə sərt reaksiya verərək ABŞ-ı nümayişləri alovlandırmağa çalışmaqda günahlandırıb.
 





www.ann.az

Xəbər lenti