Binəqədi şosesi bağlanır

Binəqədi şosesi bağlanır
Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır.

"Azəravtoyol"dan ANN.Az-a verilən məlumata görə, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər.
 


www.ann.az

Xəbər lenti