Binəqədi rayonunda hesabat yığıncağı keçirilib

İqtisadiyyat 17-02-2017 22:02 Oxunma sayı: 114
Binəqədi rayonunda  hesabat yığıncağı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
 
APA-nın xəbərinə görə, tədbirdə RİH başçısı Xaləddin İsgəndərov, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev,  Kamaləddin Qafarov, Madər Musayev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
X. İsgəndərov 2016-cı ildə rayonda bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq, görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Natiq bildirib ki, 25 ildir, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni - müstəqillik dövrünü yaşayır. Dövlətin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir.            
 
Şura iclasının qərar layihəsi və prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra RİH başçısının sərəncamına əsasən, Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi olub.
 
Hesabat yığıncağına yekun vuran RİH başçısı bildirib ki, 2017-ci ildə də dövlət başçısı İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və nailiyyətlər daha çox olacaq.
 




www.ann.az

Loading...