Böhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdi

Böhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdi
Maliyyə sıxıntıları ilə üzləşən "PalSüd” MMC öz zavodunda məhsullarını quru süddən hazırlamağa başlayıb.

Zavod işçilərinin ANN.Az-n əməkdaşına verdiyi məlumata görə, artıq bir neçə həftədir ki, zavod bu addımı atmağa məcbur qalıb.

Təbii süddən imtina edib konservantlardan məhsul hazırlamağın əsas səbəbi zavodun Cənub zonasında olan fermerlərin əksəriyyətinə borclu olması ilə əlaqədardır. Fermerlərlə problem yaşayan "PalSüd” təbii xammal əldə edə bilmədiyindən ucuz və əlçatan varianta uz tutmaqla istehsalatda quru süddən istifadə etməyə başlayıb.



Şirkətin yararsız fəaliyyətindən əziyyət çəkən isə sıravi alıcılar olur. Çünki quru süddən hazırlanmış məhsulla təbii süddən hazırlanmış məhsulun keyfiyyəti xeyli fərqli olur. Təbii süddən hazırlanan məhsulun tərkibində canlı bakteriyalar var, onlar 1, uzağı 2 həftəyə xarab olur, hazırlanan kimi də istehlaka getməlidir. Quru süddən hazırlanan məhsul isə demək olar ki, ölü məhsuldur. Belə süd məhsullarına istifadə müddətini 6 ay, 1 il qoyurlar. Təbii ki, belə məhsullar o qədər keyfiyyətli də deyil. Amma buna baxmayaraq, "PalSüd” belə məhsullarını təbii süddən hazırlanan məhsul adı ilə satır.

Müqayisə üçün deyək ki, Gürcüstanda qanunvericliyə edilən dəyişikliyə əsasən, ölkədə təbii süd tərkibli olmayan məhsulların süd məhsulu kimi, başqa sözlə quru süddən hazırlanmış məhsulların yağ, pendir və s. adı ilə satılmasına qadağa qoyulub. Azərbaycanda isə məhsulun quru süddən hazırlanması ilə bağlı qeyd süd məhsullarının üzərində yazılmır. Bundan istifadə edən "PalSüd” işbazları da istehasalat həcmini azaltmamaq üçün keçiblər "paraşok” südə.



Xatırladaq ki, bu ilin yay aylarında "PalSüd” MMC zavodunun əməkdaşları əmək haqlarının ləngiməsinə görə kütləvi etiraz aksiyası keçirmişdilər. Milyarder Mübariz Mənsimovun şirkətlər qrupuna daxil olan zavodun əməkdaşları 1 ilə yaxın bir vaxtda öz halal maaşlarını ala bilmirdilər. 

Bundan başqa süd qəbulu məntəqələrinin təxminən 60 əməkdaşı küçələrə çıxaraq bir milyon manat borcun ödənilməsini tələb etmişdilər. Bu pul öz süd məhsullarını zavoda təhvil vermiş fermerlərə ödənilməliydi.

www.ann.az

Xəbər lenti