Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı AÇIQLAMA

Siyasət 09-01-2017 13:25 Oxunma sayı: 32
Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı AÇIQLAMA
"Azərbaycan cari maliyyə ehtiyaclarını ödəmək üçün əhəmiyyətli buferə malikdir”.

Bunu "Report”un sorğusuna cavab olaraq Beynəlxalq Valyuta Fondundan (IMF) bildiriblər. 

IMF rəsmiləri Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək verməyə hazır olduqlarını açıqlayıblar: "Bu günə qədər Azərbaycan hakimiyyəti hansısa kredit məsələsinə görə, IMF-yə müraciət etməyib.

Ölkənin makroiqtisadi göstəricilərindən və spesifik imkanlardan asılı olaraq IMF-nin şərtləri dəyişir. Eyni zamanda, IMF fiskal qaydaların inkişafı, pul bazasının gücləndirilməsi və bank nəzarətinə dəstək üçün dövlət orqanlarına bütün texniki aspektlər üzrə dəstək göstərməyə hazırdır”.

Fondun açıqlamasına görə, Azərbaycanla bağlı İMF-nin Direktorlar Şurası sonuncu dəfə 2016-cı il sentyabrın 9-da yığışıb: "Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program - FSAP) üzrə sonuncu görüş 2015-ci ilin mart ayının ortalarında baş tutub ki, bu da milli valyutanın birinci devalvasiyasından dərhal sonra olub.

Texniki dəstək və təlim fəaliyyəti ilə hakimiyyət orqanlaının büdcə və borcların idarə edilməsi, pensiya islahatları və makrostatistika da daxil olmaqla makroiqtisadiyyatla əlaqədar bir sıra sahələrdəki islahat səylərini dəstəkləyirik”.


www.ann.az

Loading...