Beş yaşlı azərbaycanlı ABŞ-ın məşhur şoularına çıxacaq (FOTOLAR)

Beş yaşlı azərbaycanlı ABŞ-ın məşhur şoularına çıxacaq (FOTOLAR)
Bu gün əslən azərbaycanlı olan beş yaşlı Sofi Fatu ABŞ-ın məşhur gündüz proqramı "The Ellen DeGeneres Show”nun qonağı olacaq.

Oxu.Az xəbər verir ki, Çarls şəhərinin sakini olan balaca Sofi bazar günü isə NBC TV-də yayımlanan "Little Big Shots”un efirinə çıxacaq.

Kiçik ifaçının istedadı "Youtube”dakı videoları sayəsində kəşf edilib.


Belə ki, Sofinin anası, azərbaycanlı Viktoria Sofi müğənni və pianoçudur. Moskva Dövlət Konservatoriyasını bitirib. Hazırda Virciniya ştatında universitetlərin birində fortepiano üzrə müəllim olaraq çalışır.



Atası Kristian isə ruminiyalıdır, o, skripkaçıdır.



Anası qızını musiqiyə doğru yönləndirib. Hətta Sofi yatanda hər gün Frenk Sinatranın ifası ilə yuxuya gedirmiş. 

Viktoriya qızının Sinatranın repertuarında ifa etdiyi mahnını "Youtube”a yükləyib, onun videolarının ümumi baxış sayı isə 28 milyondan çox olub. 



"Charleston Gazette-mail” bildirir ki, verilişin prodüserləri bunu görüb Sofinin ailəsi ilə əlaqə saxlayıblar. Daha sonra ailə proqram heyəti ilə razılaşaraq çəkiliş üçün Kaliforniyaya gəlib.

Qeyd edək ki, "The Ellen DeGeneres Show” Ellen Diceneresin aparıcılığı ilə 2003-cü ildən yayımlanan proqramdır.

İndiyədək 15 mövsüm yayımlanan veriliş onlarla mükafat alıb. Veriliş məşhur qonaqları arasında ABŞ-ın eks-birinci xanımı Mişel Obama, dünya şöhrətli müğənnilər Ledi Qaqa, Şakira, Beyons, Rihanna və başqaları olub.



"Little Big Shots” şousuna gəlincə isə, verilişi məşhur amerika aktyoru Stiv Harvi idarə edir.
Hər iki şou maraqlı insanları kəşf etməkdə və onlara yeni işlər üçün kömək etməkdə maraqlıdır.
 


www.ann.az

Xəbər lenti