Benzinin qiyməti artacaq? (AÇIQLAMA)

Benzinin qiyməti artacaq? (AÇIQLAMA)
"Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib.

ANN.Az-ın APA-ya istinadən xəbərinə görə, "Caspian Energy" jurnalına müsahibəsində C. Məmmədov Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini deyib. 

"Premium" markalı benzinin qiymətinə gəlincə, şirkət rəhbəri qeyd edib ki, buna bir neçə amil təsir edir. Bunların arasında Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərcləri yer alıb.

"İstənilən halda biz ticarət marjamızı aşağı salmağa çalışırıq ki, yanacaq istehlakçılar üçün daha əlçatan olsun", - deyə o vurğulayıb.
 


www.ann.az

Xəbər lenti