Baş nazirin istefası nəticə vermədi: aksiyalar davam edir (FOTOLAR)

Baş nazirin istefası nəticə vermədi: aksiyalar davam edir (FOTOLAR)
İordaniyada etirazların 5-ci günü davam edir.

ANN.Az xəbər verir ki, yüksək qiymətlər və yeni vergi qanununa qarşı çıxan əhalinin etirazı dünən baş nazir Hani Əl Mülkinin istefası ilə nəticələndi. Lakin bu, etirazların qarşısını ala bilmir, gecə paytaxt Ammanda nümayişlər davam edib. Aksiya iştirakçılarının növbəti hədəfi hökümət binasıdır. Lakin polis irəliləyən kütlənin qarşısını ala bilib. Nümayişçilər və təhlükəsiz qüvvələri arasında qarşıdurmalar yaşanıb. 

Qeyd edək ki, yeni vergi qanunu 21 mayda qəbul edilib. Qərar, hökümətin 141 milyon dollar gəlir əldə etməsini hədəfləyir. 

İordaniya xarici işlər naziri Əymən Əs Safedi bu gün "Twitter"də yazdığı mesajla beynəlxalq ictimaiyyətdən maliyyə yardımı istəyib. Nazir suriyalı miqrantların ölkənin maddi vəziyyətini ağırlaşdırdığını, xalqın əziyyət çəkdiyini bildirib.

2012-ci ildə əhalinin sayı 6 milyon ətrafında olan İordaniyada hazırda 10 milyon çox insan yaşayır. Son illərdə ölkəyə suriyalı və iraqlı miqrantların kütləvi axını müşahidə edilib.












www.ann.az

Xəbər lenti