"Barselona"da yeni ad - Nelsinyo

"Barselona" Nelson Samedo ilə anlaşıb.

ANN.Az Sport7.az-a istinadən xəbər verir ki, katalon nəhəngi futbolçunun transferi üçün onun klubu "Benfika" ilə razılıq əldə edib. Tibbi müayinədən keçəndən sonra Samedo "Barselona" ilə 5 illik müqaviləyə imza atacaq. 

Futbolçunun transferinin maliyyəsi ilə bağlı konkret məlumat verilməsə də ispan mətbuatı ümumilikdə "Barselona"nın 35 milyon avro ödəyəcəyini bildirib.

"Benfika"nın aşağı yaş qruplarında yetişən 24 yaşlı futbolçu, Portuqaliya yığmasında 2 mövsüm ərzində 63 oyuna çıxıb. Nelsinyo ləqəbli futbolçu rəsmi matçlarda biri Portuqaliya çempionatında, digəri Çempionlar Liqasında olmaqla 2 qolun müəllifidi.
 


www.ann.az

Xəbər lenti