Banklar nə qədər ipoteka krediti verib?

Banklar nə qədər ipoteka krediti verib?
Ölkədəki banklar tərəfindən may ayında 11,3 mln. manat məbləğində kredit verilib. İlin əvvəlindən isə 64,9 mln. manat məbləğində ipoteka krediti təqdim edilib.

Ann.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin 5 ayında İpoteka Fondu (AİF) 16,8 mln. manat məbləğində krediti yenidən maliyyələşdirib.

Hesabat dövründə AİF tərəfindən 100 milyon manat istiqraz yerləşdirilib. Kreditlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən 20,4 mln. manat vəsait ayrılıb. 

Onu da qeyd edək ki, hazırda agent bankların hər birində güzəştli ipoteka kreditləri üzrə limit bitib və müraciətlər qəbul olunmur. Adi ipoteka kreditlərinə gəlincə, "Muğanbank” ASC, "Bank Respublika” ASC istisna olmaqla, digər banklar müraciətləri qəbul edir. 


www.ann.az

Xəbər lenti