Banklar əmanətlər üzrə hansı faizləri təklif edir? - CƏDVƏL

Banklar əmanətlər üzrə hansı faizləri təklif edir? - CƏDVƏL
Bank sektorunun son staistik icmalına əsasən bu kommersiya qurumalarının cəmi depozit portfeli cari il aprelin sonuna 16,9 mlrd. manatı keçmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqaisədə 1% həcmində artım qeydə alınıb.

Finans.az-ın araşdırması göstərir ki, bu gün manat əmanətləri 6-12,75% diapozonunda qəbul olunur. Ən yüksək faizləri Muğanbank, ən aşağı faizləri isə Xalq Bank təklif edir, lakin bu sonuncuya depozit portfelinin həcminə görə birinci rübün nəticələrinə görə sektor üzrə 4-cü yerdə qalmağa mane olmayıb. Həmin dövrə bankın depozit portfeli manat ifadəsində milyaryarım olub.

Dollar əmanətləri 0,01-3% diapozonunda cəlb olunur. Yuxarı həddi yüz faiz xarici kapitallı Accessbank, yerli GünayBank, Amrahbank, Bank of Baku, BTB Bank və Atabank təklif edir. Sonuncu, həm də avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi (1,25%) təklif edən bankdır.

Aşağıda Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir. Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala Paşa Bank, Bank Silk Way və Melli İran Bankının Bakı fillialı daxil edilməyib. Pakistan Milli Bankının Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumata rast gəlmədik.
 


www.ann.az

Xəbər lenti