"Bank VTB" ermənilərin yalanını ifşa etdi

Rusiyanın "RİA Novosti" agentliyi və bir sıra erməni kütləvi informasiya vasitələri "Bank VTB"-nin (Ermənistan) cəbhə bölgəsində həlak olmuş və itkin düşmüş şəxslərin kreditlərini siləcəyi barədə məlumatlar yayıblar: ""Bank VTB" (Ermənistan) həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir və onları dəstəkləməyi özünün mənəvi borcu hesab edir, ona görə də döyüşlərdə həlak olanların və ikin düşənlərin kreditlərinin silinməsinə qərar verir. Biz ailələrin kədərini paylaşır, onları dəstəkləmək və maliyyə çətinliklərinin yumşaldılması üçün çalışırıq", - ismarıcda deyilir. 

Bu məsələylə əlaqədar ANN.Az "Bank VTB"-nin Rusiya mətbuat xidmətinə sorğu göndərib. Bankdan bildirdilər ki, cəbhə xəttində həlak olan və itkin düşən hərbçilərin kredit borclarının silinməsi barədə qərar qəbul edilməyib və belə bir addım planlaşdırılmır. 


www.ann.az

Xəbər lenti