Bakıya uçan təyyarə qəza enişi etməli oldu

Bakıya uçan təyyarə qəza enişi etməli oldu
Fevralın 15-də "Aeroflot” hava yolları şirkətinə məxsus Frankfurt-Han aeroportundan Bakıya uçan yük təyyarəsinin göyərtəsində kənar səslərin eşidildiyinə görə qəza enişi etməli olub.

Oxu.az xəbər verir ki, bu barədə "T-online” alman saytında məlumat yayılıb.

Məlumata görə, təyyarə havaya qalxdıqdan təxminən bir saat sonra, Almaniyanın hava məkanından kənarda, Bakı istiqamətində uçan zaman ekipaj üzvləri partlayışabənzər kənar səslər eşidib. Hava gəmisinin komandiri Frankfurt-Han aeroportuna geri dönməyi qərara alıb.

Təyyarənin qayıtdığı barədə informasiya daxil olduqdan sonra aeroportda dörd yanğın-mühafizə briqadası və 64 aeroport əməkdaşı tam hazır vəziyyətə gətirilib.

Frankfurt aeroportunun nümayəndəsi Kristof Qösmanın sözlərinə görə, təyyarənin qəza enişindən sonra hava gəmisi hərtərəfli şəkildə texniki baxışdan keçirilib, ancaq hər hansı şübhəli hal ortaya çıxmayıb. 

O bildirib ki, təhlükəsizlik məqsədilə yüklər təyyarədən boşalıdılıb və yoxlama başa çatdıqdan sonra yenidən təyyarənin göyərtəsinə yüklənib. Yalnız bundan sonra təyyarə yenidən Bakı istiqamətində yola düşüb.


www.ann.az

Xəbər lenti