Bakıya gəlmək istəyən azərbaycanlı hava limanını bir-birinə qatdı (VİDEO)

Bakıya gəlmək istəyən azərbaycanlı hava limanını bir-birinə qatdı (VİDEO)
Bakıya gəlmək üçün Atatürk Hava Limanının Beynəlxalq Terminalında gözləyən azərbaycanlı sərnişin təyyarəyə gecikdiyi üçün qapıları qıraraq uçuş sahəsinə daxil olub.

ANN.Az Haberler.com-a istinadən xəbər verir ki, Moskvadan İstanbula gələn Elşad Hüseynzadə adlı soydaşımız terminalda gözləyərkən son anda təyyarənin qapılarının bağlandığını öyrənib və özünü təyyarəyə çatdırmaq üçün aeoroportun qapılarını qıraraq uçuş sahəsinə girib.

Təhlükəsizlik əməkdaşlarının şikayəti əsasında o, polis tərəfindən saxlanılaraq nəzarət məntəqəsinə aparılıb. İçkili olduğu deyilən sərnişin sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.
 


www.ann.az

Xəbər lenti