Bakıda zavodda güclü partlayış: yanğın başladı - VİDEO

Bakıda zavodda güclü partlayış: yanğın başladı - VİDEO
Bakının Qaradağ rayonunda zavodlardan birində güclü yanğın başlayıb.

Bu barədə ANN.Az-a hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, yanğın "İnter Glass” şüşə qablarının istehsalı zavodunda baş verib.

Qaradağ rayonu ərazisində yanğın hadisəsinin baş verdiyi Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənib.

FHN-nin mətubat xidmətindən bildirilib ki, Qaradağ Dövlət yanğından Mühafizə Xidmətinə həmin ərazidə yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb. 


www.ann.az

Xəbər lenti