Bakıda təcili tibbi yardım avtomobili yanıb külə döndü – VİDEO + FOTO

Bakıda təcili tibbi yardım avtomobili yanıb külə döndü – VİDEO + FOTO
Bakının Sabunçu rayonunda təcili tibbi yardım avtomobili yanıb. 

ANN.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib.

Yanğın başlayan zaman avtomobilin içində xəstə və həkimlər olublar. Onlar vaxtında avtomobili tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Yanan avtomobilin 12 saylı yarımstansiyaya məxsus olduğu bildirilir.

 


www.ann.az

Xəbər lenti