Bakıda tanınmış baş redaktor dəm qazından öldü

Bakıda tanınmış baş redaktor dəm qazından öldü
Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

Ann.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

www.ann.az

Xəbər lenti