Bakıda palçıq vulkanı püskürdü (FOTO)

Bakıda palçıq vulkanı püskürdü (FOTO)
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ann.az-a verilən məlumata görə, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Nazirlikdən bildirilib ki, Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupuna daxildir və Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.


www.ann.az

Xəbər lenti