Bakıda Ümumdünya Turizm Günü ilə bağlı bir sıra xarici səfirliklərin iştirakı ilə yarmarka keçirilib

Bakıda Ümumdünya Turizm Günü ilə bağlı bir sıra xarici səfirliklərin iştirakı ilə yarmarka keçirilib
Bakıda Ümumdünya Turizm Günü ilə bağlı bir sıra xarici səfirliklərin iştirakı ilə yarmarka təşkil edilib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, tədbir Qız Qalası yaxınlığında, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunun ərazisində keçirilib.

Tədbirdə Türkiyə, İran, Özbəkistan, Macarıstan, Polşa, Hindistan, Meksika, Rusiya, Cənubi Koreya, Yunanıstan səfirliklərinin nümayəndələri iştirak ediblər.

Yarmarkada iştirakçı ölkələrin tarixi ilə bağlı milli suvenirlər, bukletlər, kitablar təqdim olunub.
 





www.ann.az

Xəbər lenti