Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək

Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək
Milli Turizm Təbliğat Bürosu və Misirin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə mayın 19-da Sabir bağında bu ölkənin mədəniyyət günü keçiriləcək. 

ANN.Az xəbər verir ki, Milli Turizm Təbliği Bürosundan report-a verilən məlumata görə, IV İslam Həmrəylik Oyunları çərçivəsində baş tutan tədbir saat 14.00-da sərgi ilə başlayacaq.  

Saat 19.00-dan etibarən isə konsert proqramı təqdim olunacaq.Mayın 20-21-də isə Türkiyənin Mədəniyyət günləri keçiriləcək. Tədbirdə Türkiyənin əsasən İstanbul və Bursadan olan 100-ə qədər rəqqası və ifaçısı iştirak edəcək.

Hər iki tədbirdə rəsmi şəxslərin və idmançıların iştirakı nəzərdə tutulub.
 


www.ann.az

Xəbər lenti