Bakıda maşın yolun ortasında yandı (VİDEO)

Bakıda maşın yolun ortasında yandı (VİDEO)
Bir müddət əvvəl Hava Limanı yolunda yol nəqliyyat hadisəsi baş verib.

"Mercedes Sprtinter" markalı avtomobil "QAZ-3110" markalı avtomobillə toqquşub. Qəzaya düşən "QAZ 3110" yanaraq yararsız hala düşüb. Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən avtomobil yolunda (keçmiş Komsomol dairəsi deyilən ərazidə) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda qeyd edilən istiqamətdə nəqliyyat vasitəsi yanır. Ərazidə tıxac yaranıb.

ANN.Az avtosfer.az-a istinadən sözügedən görüntüləri təqdim edir:


www.ann.az

Xəbər lenti