Bakıda güclü yanğın başlayıb (VİDEO)

Bakıda güclü yanğın başlayıb (VİDEO)
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonu ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən ANN.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. 

İlkin məlumata görə, təxminən 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.


www.ann.az

Xəbər lenti