Bakıda da keçiriləcək "AVRO-2020"nin mükafat fondu açıqlandı

Bakıda da keçiriləcək
2020-ci ildə keçiriləcək Avropa çempionatının mükafat fondu açıqlanıb. Ann.az xəbər verir ki, qitə birinciliyinin ümumi mükafat fondu 371 milyon avro olacaq.

Bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis təşkilatın Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində bildirib. Baş katib bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: "Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək".

Fransada keçirilmiş "AVRO-2016"nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb. 

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək. 

www.ann.az

Xəbər lenti