Bakıda avtobuslar üçün ayrı yolu çəkiləcək - VİDEO

Bakıda avtobuslar üçün ayrı yolu çəkiləcək - VİDEO
Bakıda avtobusların hərəkəti üçün xüsusi zolaqların salınması nəzərdə tutulur.

ANN.Az milli.az-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın 9 küçə və prospektinin layihələndirilməsi həyata keçirilib. Yeni layihəyə əsasən, bu küçələrdə xüsusi avtobus zolaqları salınacaq. İctimai nəqliyyatın təhlükəsizliyi və sərnişinlərin rahatlığına xidmət edəcək bu yeniliyin yaxın aylarda icrasına başlanılacaq.

"Avto Radio"nun bu yeniliklə bağlı hazırladığı videosüjetdə isə avtobus xəttlərinin salınması və onun mahiyyəti izah olunur.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək. Məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. BNA-ın bu təklifi artıq hökumət tərəfindən müsbət qəbul edilib və bunun üçün konkret yollar da müəyyən edilib.

BNA-nın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.
 

www.ann.az

Xəbər lenti