Bakıda 30-a yaxın məktəbin direktoru dəyişdirildi

Bakıda 30-a yaxın məktəbin direktoru dəyişdirildi
Yeni tədris ilində Bakıda 30 yaxın məktəbin direktoru dəyişdirilib. "Qaynarinfo" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məlumat verib.

Onuns sözlərinə görə, direktorların fəaliyyəti yoxlanılır və layiq olmayanlar işdən kənarlaşdırılır. Bəziləri isə yaş həddininin çatması səbəbindən əmək müqavilələri ləğv olunub:

"Bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərləri yaş həddi ilə əlaqədar, eləcə də fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqları üçün işdən uzaqlaşdırılıb. Məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır. Bundan sonra da məktəblərin idarə olunması məsələsi Təhsil İdarəsinin diqqət mərkəzində olacaq".

www.ann.az

Xəbər lenti