Bakı vağzalında bomba həyəcanı (YENİLƏNİB/FOTOLAR)

Bakı vağzalında bomba həyəcanı (YENİLƏNİB/FOTOLAR)
Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub.

"Report"un əməkdaşı xəbər verir ki, bombanın vağzalın ikinci mərtəbəsində yerləşən restoranın içinə qoyulduğu bildirilib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin, "ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir.

Axtarışlara təlim görmüş itlər də cəlb edilib.
 
14:03 
 
Bakı Dəmir Yolu Vağzalında yerləşən restorana bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə azvision.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda əraziyə FHN və polis əməkdaşları cəlb olunub, yoxlama işləri aparılır.

S.Qədirovanın sözlərinə görə, vağzal işçiləri və sakinlər binadan çıxarılıb. Məlumatın dəqiqliyi yoxlanılır. Ətraflı məlumat veriləcək.
 





www.ann.az

Xəbər lenti