Bakı "London Taxi" piyadanı vurdu

Cəmiyyət 20-03-2017 17:00 Oxunma sayı: 110
Bakı
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə martın 19-u saat 21:00 radələrindən paytaxtın Xətai rayonu ərazisində baş verib. Ağdam rayon sakini Ruslan Nuriyev idarə etdiyi "London Taxi" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseyn Qafarovu vurub.

Hadisədən sonra piyada xəstəxanaya yerləşdirilsədə, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis faktla bağlı araşdırma aparılır.
www.ann.az

Loading...