Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR+FOTOLAR

Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR+FOTOLAR
Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub.
 
"Azəravtoyol” ASC-dən Lent.az-a bildirilib ki, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranıb: "Bu barədə məlumat daxil olan kimi "Azəravtoyol” ASC-nin mütəxəssisləri əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb”.
 



 


www.ann.az

Xəbər lenti