Bakıda bir düymə ilə hərəkət dayanacaq - FOTOLAR

Bakıda bir düymə ilə hərəkət dayanacaq - FOTOLAR

Bakı şəhərində sürücü hegemonluğuna son qoyan işıqforlar quraşdırılıb.

Dünyanın bir çox ölkəsində olan bu işıqforlar sürücüləri istənilən vaxt dayandırmağa imkan verir. Piyada yolu keçmək istəyərkən işıqforda xüsusi düyməni basaraq özü üçün yaşıl işıq yandırır. Bakı şəhərində isə belə işıqforlardan yalınız Zərdabi küçəsində qoyulub. Onlar paytaxt küçələrində niyə geniş tətbiq olunmur?

Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, texnika elmləri namizədi Sülhəddin Gözəlov Milli.Az-a açıqlamasında bildirdi ki, piyadaların təhlükəsizliyinin təmin olunması üçün ağıllı işıqforların olması vacibdir.

Elmlər namizədinin sözlərinə görə, hətta Bakıda ağıllı işıqforların quraşdırılması üçün cəhd oldu:

"Lakin piyadalar ağıllı işıqforlardan düzgün istifadə etmədilər. Dünya ölkələrində müəyyən qədər piyada yolun kənarına yığılır, sonra işıqforun yaşıl işiğını yandıran düyməni sıxırlar. Bizdə isə bir piyada yolu keçəndə düyməni basaraq nəqliyyatın intensivliyinə problemlər törətdi”.

S.Gözəlov hesab edir ki, ağıllı işıqforları lazımı yerlərdə tətbiq etmək olar: "İstənilən yerdə belə ağıllı işıqforlarn qoyulması doğru deyil. Müəyyən sürətli və hərəkət intensivliyi çox olmayan yollarda ağıllı işıqforlar qurmaq mümkündür. Əslində bu işıqforları orta məktəblərin yanında, azyaşlı piyadaların hərəkəti çox olan ərazilərdə qurmaq lazımdır. Çünki uşaqlar dərsə gələndə və gedəndə yolu keçmək ehtimalı böyüyür. Başqa vaxtlarda isə həmin yolda avtomobil onların hərəkətinə mane olmayacaq”.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Milli.Az-a açıqlamasında bildirdi ki, hələlik Bakı şəhərində ağıllı işıqforlar quraşdırılmayıb. Onun sözlərinə görə, paytaxt küçələrində ağıllı işıqforların qurulması planlaşdırılır.

ANN.Az 

Xəbər lenti